Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

 “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib


Newscenter.az.6.12.2018. Dekabrın 6-da Qusar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb. Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayondakı dini durum, eləcə də dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verən RİH-in nümayəndəsi Telman Kazımov maarifləndirmə tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışıb. Bildirib ki, dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.

Respublikamızda dini radikalizmə qarşı aparılan tədbirlərdən də söhbət açan sədr müavini dini maarifləndirmə metodunun səmərəliliyinə diqqət çəkib. Vurğulayıb ki, mütərəqqi din elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər.

Müzakirələrlə davam edən seminar-treninq dekabrın 7-də öz işini davam etdirəcək.
Xəbəri paylaş