Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar

 Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar


Newscenter..az.6.12.2018. Macarıstanın İ.Zemmelveys adına Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasında olublar, buradakı şəraitlə yaxından tanış olublar. Həmçinin, Klinikada görkəmli macar alimi, cərrah İqnaz Zemmelveysin xatirəsinə həsr olunmuş mühazirə saatı da keçirilib.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində macarıstanlı mütəxəssislər ATU rəhbərliyi ilə də görüşüblər. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli indiyədək Tibb Universiteti ilə bir çox xarici ali məktəblər arasındasıx əlaqələrin qurulduğunu, bu münasibətlərin ildən-ilə möhkəmləndiyini dedi. Rektor tanınmış alim və mütəxəssislərin ATU-da mühazirələrinin təşkil olunduğunu, eyni zamanda təcrübə mübadiləsinin aparıldığını qeyd etdi.

Rektor G.Gəraybəyi xarici ölkələrdəki tibb təhsili verən ali məktəblərlə ikili diploma dair razılaşmanın vacibliyini də vurğuladı. Rektor qeyd etdi ki, artıq bu vacib məsələnin təşkili ilə bağlı Azərbaycanın Təhsil və Səhiyyə nazirlikləri ilə danışıqlar aparılır. İkili dplomların tanınması üçün ATU-da ciddi islahatlar aparılır, beynəlxalq standartlara uyğun yeni tədris sistemi və dərs proqramı hazırlanır.

Dəvət üçün təşəkkürünü bildirən İ.Zemmelveys adına Tibb Universitetinin beynəlxalq əlaqələr direktorluğunun müdiri, professor Marsel Pop qarşılıqlı əməkdaşlığın gücləndirməsinin tərəfdarı olduğunu qeyd etdi. Cənab Marsel Pop ikili diplomların tanınması prosedurunun təşkilinin çox mürəkkəb, amma vacib olduğunu söylədi. O da öz növbəsində məsələ ilə bağlı müvafiq instansiyalarla danışıqlar aparmağa hazır olduğunu bildirdi.
Ali məktəblərin mütəxəssisləri arasında təcrübə mübadiləsini olduqca vacib məsələ kimi dəyərləndirən Marsel Pop ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirənin yüksək səviyyədə keçdiyini, klinika rəhbərliyi ilə məhsuldar görüşün nəticələrindən məmnun qaldığını söylədi. Qonaq ali məktəblər arasındatələbə və elmi işlərin mübadiləsinin mümkünlüyünü də vurğuladı.

Görüşdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi, Səfirliyin elm və təhsil, mədəniyyət üzrə ataşesi Mihay Qruber, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova da iştirak ediblər.
Xəbəri paylaş