Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropoliten daha bir sosial aksiya həyata keçirib

Metropoliten daha bir sosial aksiya həyata keçirib


Newscenter.az.6.12.2018. "Bakı Metropoliteni" QSC-nin "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiya ilə günümüzün ən aktual məsələlərindən birinə işıq salaraq, bu dəfə insan həyatına dəyər qatan mövzunu gündəmə gətirib.

Newscenter.az xəbər verir ki, səhmdar cəmiyyətin xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiya sərnişinlərin daha sıx istifadə etdiyi "28 May" stansiyasında başlanıb. Məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etməkdir. Budəfəki aksiyada onlara xüsusi işıq reflektorlu qolbağılar təqdim edilərək qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir.

Xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, eləcə də yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qolbağıları sərnişinlərə təqdim ediblər. Müxtəlif vasitələrlə insan həyatını necə qorumaq mümkün olduğunu əyani nümunələr, faktlar, dünya təcrübəsi və statistik göstəricilərin müqayisəsi ilə sərnişinlərə izah edərək öz tövsiyələrini veriblər.
Aksiya media nümayəndələrinin də fəal iştirakı və tövsiyələri ilə daha geniş miqyaslı təbliğat mexanizminə çevrilib.

Kampaniya “İçərişəhər” stansiyasında davam edib.
Xəbəri paylaş