Newscenter.az.6.12.2018. Gənclər və idman naziri Azad Rəhimov dekabrın 7-də Biləsuvarda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 10:00-da Biləsuvar Gənclər evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi , Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.