Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb

“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb


Newscenter.az.11.12.2018. Bütün sahələrdə olduğu kimi “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə “BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.

Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq 01.12.2018-ci il tarixindən etibarən “BakuBus” MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, sürücülər “BakuBus” MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.
Məlumat üçün bildiririk ki, "BakuBus" MMC tərəfindən sürücü vəzifəsinə növbəti işə qəbul elan olunub. İş üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.
Xəbəri paylaş