Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək

Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək


Newscenter.az.11.12.2018. Dekabrın 18-də Azərbaycanda həyata keçirilən Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək. Azərbaycan Vərəm Koalisiyası Layihə üzrə Əlaqələndirici Pərvanə Vəliyevanın Newscenter.az-a verdiyi məlumata görə, konfrans Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (ŞAMA) vərəm proqramı (TB REP) çərçivəsində İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə və Vərəm əleyhinə QHT Koalisiyasının təşəbbüskarlığı ilə baş tutacaq. Konfransda 3 il (2016-2018) ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunmuş nailiyyətlər və gələcək hədəflər barəsində məlumat veriləcək, regionlarda aparılan vərəmlə bağlı maarifləndirmə kampanyalarına dair video çarx nümayiş olunacaq.

Vərəmlə mübarizə aparan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə Koalisiyanın fəxri qonağı "İstanbul vərəm savaş dərnəyi"nin rəhbəri, Göğüs hastalıkları və Tüberküloz Ana Bilim Dalı uzmanı Prof. Dr. Zəki Kılıçaslan da tədbirdə iştirak edərək, vərəmlə mübarizə sahəsində Türkiyə təcrübəsi haqqında təqdimatla çıxış edəcək. Konfransda Ədliyyə və Səhiyyə Nazirlikləri nümayəndələri, Milli Vərəm proqramı idarə heyəti, vərəm əleyhinə bir neçə dispanserin baş həkimi, ÜST ölkə ofisi, Yerli fond agentliyi, bir çox QHT sədrləri və Millət vəkillərinin iştirakı gözlənilir.


Xəbəri paylaş