Newscenter.az.11.12.2018. Dekabrın 11-də Xətai rayonu, Gəncə,Babək prospektləri, Azadlıq, Mədinə Gül-Gün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, buna səbəb Xətai rayonu, Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mövcüd şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 mm-lik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsidir.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.