Newscenter.az.13.12.2018. Dekabrın 14-də Bakı Biznes Mərkəzində “Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək.
Bu barədə məlumat Newscenter.az-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, tədbirdə energetika nazirinin müavini Samir Vəliyev, Aparat rəhbəri Zaur Məmmədov, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov və DNV GL şirkətinin ekspertlərinin çıxışları və müsahibələr nəzərdə tutulub.