Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs rejimi 29 dəfə pozulub

Atəşkəs rejimi 29 dəfə pozulub


Newscenter.az.20.12.2018. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Seyidli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xəbəri paylaş