Newscenter.az.24.12.2018. Dövlət Miqrasiya Xidmətinin (DMX) Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Şəmkir, Tovuz və Göygöl rayonlarında səyyar xidmət təşkil edilib.
Newscenter.az Xidmətə istinadən xəbər verir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 15 nəfər istifadə edib. Onlardan 2 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 6 nəfərə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı qərar təqdim edilib.
Bundan başqa 7 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sənədlər qəbul olunub.