Newscenter.az.24.12.2018. “Azəriqaz”İstehsalat Birliyi tərəfindən Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.
Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, görülən işlərin nəticəsi olaraq dekabrın 24-də Lerik rayonunun Veri kəndinə təbii qaz verilib. Tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 261 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, 80 fərdi evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.