Newscenter.az.25.12.2018. “Hər birimiz şahidiyik ki, çap mediası geriləyir, elektron media isə irəliləyir. 10 ildir ki, çap medianı maliyyələşdiririk, lakin bu 10 ildə KİV-lər gözlədiyimiz qədər inkişaf etməyib, yerində sayıb”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli səsləndirib. O, bildirib ki. ötən illər ərzində qəzetlərin yayımları, tirajları dəyişməyib:
“Hazırda qəzetlərin turajı 2500, yayım isə 1000 ədəd göstərilir. Ona görə də növbəti müsabiqələrdə bunlar ağırlaşdırılacaq”.
Vüqar Səfərli onu da qeyd edib ki, təsmil etdiyi fond tərəfindən 33 qəzet maliyyələşdirilir. Onun sözlərinə görə, bu qədər sayda qəzetin maliyyələşdirilməsi, işıq üzü görməsi o qədər də normal deyil.