Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron KİV-lərin maliyyələşdirilməsi hər zaman dövlət başçısının diqqətindədir

Elektron KİV-lərin maliyyələşdirilməsi hər zaman dövlət başçısının diqqətindədir


Newscenter.az.25.12.2018. “Elektron KİV-lərin maliyyələşdirilməsi hər zaman dövlət başçısının diqqətindədir. Gələcəkdə bu məsələ də həllini tapacaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli elektron KİV-lərin maliyyələşdirilmıəsinin mümkünlüyü barədə danışarkən səsləndirib.

O, bildirib ki, elektron KİV-lərin maliyyələşdirilməsi zamanı da kriteriyalar müəyyənləşdirilməlidir:

“Elektron KİV-lərin maliyyələşdirilməsində ciddi kriteriyalar olacaq. Kimsə oturub evində 4-5 sayt işlədirsə, ona maliyyə yardımı ayrılmayacaq”. Vüqar Səfərli hesab edir ki, elektron KİV-in ofisi, işçi heyəti, qeydiyyatı olmalıdır.
Xəbəri paylaş