Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində inzibati xətalarla bağlı 107 işə baxılıb

Energetika Nazirliyində inzibati xətalarla bağlı 107 işə baxılıb


Newscenter.az.25.12.2018. 2018-ci il ərzində Energetika Nazirliyində inzibati xətalar haqqında 107 işə baxılıb. Nazirliyin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, bunlardan 97-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. 86 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən geri göndərilib.

Nazirlik tərəfindən aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına vətəbii qazdan istifadə qaydalarının pozulmasınagörə 7 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 4 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Cari il ərzində elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasınagörə 9 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.

Xəbəri paylaş