Newscenter.az.25.12.2018. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Newscenter.az-a daxil olan məlumata görə, dekabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib. Əvvəlcə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması məsələlərini qaldırıblar. Eyni zamanda, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.