Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

Şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib


Newscenter.az.25.12.2018. Dekabrın 25-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Newscenter.az-a bildirilib ki, görüşdə sahibkarlara dövlət qeydiyyatı, şərab məhsullarının idxalı və ixracının tənzimlənməsi, eyni zamanda məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı zəruri məlumatlar verilib.

Sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.Bu istiqamətdə şərab istehsalçılarının fəaliyyətinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli, təhlükəsiz məhsul istehsalına nail olmaq üçün şərab məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq genişləndirilməlidir.

Görüşdə çıxış edən Agentlik Sədrinin müavini Rəşad Mafusov bildirib ki, şərabçılığın inkişafına dövlət dəstəyi ildən ilə artır. Ölkə başçısının 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafınıı təmin edir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri baxımından yoxlanılması AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilir.

Sonda şərab istehsalçıları və ixracatçılarının problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Orxan
Xəbəri paylaş