Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2018-ci il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb

2018-ci il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb


Newscenter.az.28.12.2018. 2018-ci ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinəsahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə118müraciət daxil olub və icrası təmin edilib. Nazirliyin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, dekabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1352,57 kVt güc sifariş edilib və 291804,98 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib.
Qeyd edək ki, cari ilin may-dekabr ayları ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlar tərəfindən Texniki Şuralar vasitəsilə1164 müraciət daxil olub.Bu dövrdə 14663,85 kVt güc sifariş edilib, 3351774,06 AZN qoşulma haqqı ödənilib.

Ümumilikdə isə 2018-ci ilin 12 ayı üzrəTexniki Şuralarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 2037 müraciətə baxılıb.
Xəbəri paylaş