Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2018-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

 2018-ci ilin  dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub


Newscenter.az.9.01.2019. Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub. Bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.
Xəbəri paylaş