Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Ələt istiqamətində təhlükəsizlik sədləri təmir edilir

Bakı-Ələt istiqamətində  təhlükəsizlik sədləri təmir edilir


Newscenter.az.11.01.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır. Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Sürücülərdən yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Xəbəri paylaş