Newscenter.az.14.01.2019. Fəaliyyəti dayandırılmış “Ekspress” qəzetinin kollektivi qəzet çap edilən günə qədər çalışdıqları günlərin əmək haqqını ala bilmirlər. Newscenter.az xəbər verir ki, qəzetin təsisçisi olan “Nurgün Motors”un sahibi Nuru Əliyevə bu barədə məlumat verilsə də, lakin sözügedən şəxs hələlik gözləmə mövqeyindədir. Nəzərə alsaq ki, qəzetin fəaliyyətinin dayandırılması barədə kollektivə əvvəlcədən də məlumat verilməyib, o halda təsisçi sabiq “Ekspress”çilərə konpensasiya da ödəmək məcburyyətindədir. Ancaq göründüyü kimi, Nuru Əliyev nəinki qəzetin sabiq əməkdaşlarına konpensasiya ödəməyi düşünür, hətta onların əmək haqqını belə ödəməyə maraqlı görünmür.
Görəsən hər gün milyonlar qazanan “Nurgün Motors” və onun sahibi üçün bir qəzetin kollektivinin əmək haqqını ödəmək o qədərmi çətindir? Əgər doğurdanda vəziyyət o dərəcədə kritikdirsə və “Nurgün Motors” “Ekspress”çilərin əmək haqqını ödəməyə maliyyə tapmırsa, o zaman Nuru Əliyevin övladları bahalı avtomobilləri hansı pulla əldə edir? Hər halda maraqlı sualdır və düşünməyə dəyər.
Məlumat üçün qeyd edək ki, keçən il Nuru Əliyevinb övladı bahalı avtomobili ilə ictimai asayişi və yol hərəkəti qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılmışdı.