Newscenter.az.14.01.2019. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, başlanğıcını Xocahəsən-Lökbatan avomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 m-lik hissəsinin eni 4-7 metr arası, 2 km-lik hissəsində isə 7-8 metr arası dəyişir.
Ruslan Alahverdiyev küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu bəzi hissələrdə kanalizasiya sisteminin, piyadalar üçün səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.
Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.