Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş tədbir keçirilib

Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş tədbir keçirilib


Newscenter.az.15.01.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsinə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan İnstitutunrektoru Ceyhun Məmmədovvurğulayıb ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan “20 Yanvar” faciəsi barədə gənclərimiz daha geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri yüksəldilməlidir.

Rektor bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

“20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidinə çevrildiyini bildirərək, milli mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasını, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha aşkara çıxardığını qeyd etdi.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova hazırda ölkəmizdə hökm sürən əmin-amanlığın və sabitliyin “20 Yanvar” azadlıq mübarizəsindən bəhrələndiyini vurğulayıb.
Tədbirin bədii hissəsi Aİİ tələbələrinin iştirakı ilə davam etdirilib.
Xəbəri paylaş