Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın konyak diplomatiyasının daha bir təsdiqi

Ermənistanın konyak diplomatiyasının daha bir təsdiqi


Newscenter.az.15.01.2019. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, "Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi".

Newscenter.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə bununla bağlı şahidi olduğu bir hadisənin detallarını açıqlayıb. Bildirib ki, təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxaql tədbirə qatılıb. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib: “İkigünlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışlamağa başladılar. Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən hotelə getdi”.
Xəbəri paylaş