Newscenter.az.15.01.2019. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Newscenter.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.