Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Universitet rektorları necə seçiləcək?

Universitet rektorları necə seçiləcək?


Newscenter.az.15.01.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” 10 dekabr 2018-ci ildə imzaladığı Fərmana uyğun olaraq dövlət ali təhsil müəssisəsində rektorların 5 il müddətinə təyin edilməsi nəzərdə tutulur. Hazırda bu Fərmana uyğun olaraq rektorların yeni vəzifəyə hansı qaydada seçiləcəyi müzakirə mövzusudur.

Newscenter.az -ın xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Teyyub Qənioğlu bildirib ki. bu iki qaydada ola bilər: “Ya idiki kimi Prezident tərəfindən, ya da sonradan Prezidentin təsdiq etməsi şərti ilə, ali təhsil müəssisələri daxilində seçki yolu ilə. Fikrimcə, ikinci variant daha məqsədəuyğundur. Bu variant seçilərsə, onu da iki yolla reallaşdırmaq mümkündür. Birinci variantda- rektor ali məktəbin Elmi Şurasının üzvüləri tərəfindən, ikinci variantda- ali məktəbin professor-müəllim heyəti tərəfindən ümumi səsvermə yolu ilə seçilir. Birinci variantın tətbiqi demokratik hesab edilə bilməz, çünki gələcəyini fikirləşən rektor Elmi Şuraya “lazımlı adamları” təyin edəcək. Bu halda da ikinci variantın seçilməsi məqsədəuyğundur, o, daha demokratik və şəffaf ola bilər və rektorları öz fəaliyyətlərində qanunlara əsaslanmağa və kollektivin rəyini nəzərə almağa sövq edər”.
Xəbəri paylaş