Newscenter.az.15.01.2019. İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) adlı qurum fəaliyyətə başlayıb.
Newscenter.az xəbər verir ki, yeni Mərkəz rəsmi dövlət qeydiyyatından keçib. Mərkəzə rəhbərliyi tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli edəcək. O, bildirib ki, mərkəz ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursuna uyğun şəkildə fəaliyyət göstərəcək:
“Ciddi layihələrimiz var, onların ətrafında müzakirələrimizi davam etdiririk. Yaxın zamanlarda ortaya qoyacağımız işlərlə tanış olacaqsınız”.