Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təyinat oldu

Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təyinat oldu


Newscenter.az.16.01.2019. Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsinə istinadən xəbər verir ki. Seymur Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri, daha əvvəl isə 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru vəzifəsində vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

“Aqrolizinq” ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.
Orxan
Xəbəri paylaş