Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA-dan sürücü və sərnişinlərə vacib müraciət

BNA-dan sürücü və sərnişinlərə vacib müraciət


Newscenter.az.16.01.2019
. Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlama ehtimalı var. Newscenter.az-ın xəbərinə görə, bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.
Xəbəri paylaş