Newscenter.az.16.01.2019. Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkiltları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans keçiriləcək.
ASK-dən Newscenter.az-a bildirilib ki, konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, prespektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, konfransda BƏT-in 22 yanvar tarixində “Əməyin Gələcəyi” mövzusunda hazırladığı Qlobal Hesabatın ilk dəfə olaraq Bakıda təqdimatı keçiriləcək.