Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə 20 Yanvar şəhidlərinin xatirəsinə rəsm sərgisi təşkil olunub

Siyəzəndə 20 Yanvar şəhidlərinin xatirəsinə rəsm sərgisi təşkil olunub


Newscenter.az.16.01.2019. Yanvarın 16-da Siyəzən Rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında “20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda rəsm müsabiqəsinə təqdim edilmiş əl işlərinin sərgisi təşkil olunub.

Newscenter.az xəbər verir ki, Rayon Gənclər və İdman idarəsi, Təhsil şöbəsi və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsi tərəfindən birgə keçirilən müsabiqə 20 Yanvar faciəsi dəhşətlərinin rəsm əsərləri vasitəsilə nümayiş etdirilməsi, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3 yarımbəndinin icrasının təmin olunması, yeniyetmə və gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması, eləcə də onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb. 3 yanvar 2019-cu ildə elan olunmuş müsabiqəyə 50-yə yaxın rəsm əsəri təqdim edilib. Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev çıxış edərək 20 Yanvar hadisələri haqqında sərgi iştirakçılarna ətraflı məlumat veriblər.

Daha sonra sərgiyə baxış keçirilib və müsabiqə qaliblərinin adları elan edilərək fəxri fərmanlarla təltif olunublar. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsinin nəticəsinə əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac I, Gil-gilçay qəsəbə tam orta məktəbin şagirdi Əliyeva Pərvanə II, şəhər 3 saylı tam orta məktəbin və şəhər 6 saylı məktəb-liseyin şagirdləri Əliyeva Zəhra və Bəşirova Səbinə III yerə, şəhər 2 saylı tam orta məktəbin şagirdi Musazadə Zərnişan, şəhər 4 saylı tam orta məktəbin şagirdi Mütəllimova Qızqayıt, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Hüseynzadə Aybəniz və Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdi Baxşıyeva Fidan isə həvəsləndirici yerlərə layiq görülüblər.
Xəbəri paylaş