Newscenter.az.17.01.2019. Binəqədi qəsəbə bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat toplantısı keçirilib.
Newscenter.az xəbər verir ki, hesabat konfransında Binəqədi Rayon İcra Hakimiyyətinin müavini İlqar Süleymanov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, eləcə də bələdiyyə üzvləri və sakinlər iştirak edib.
İclasda Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva 2018-ci il ərzində rəhbərlik etdiyi qurumun gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə hesabat məruzə ilə çıxış edib. Aytac Əliyeva qarşıda duran vəzifələrdən də danışıb. Daha sonra Binəqədi qəsəbə bələdiyyəsinin digər üzvləri, sakinlər çıxış ediblər.
İclasda Binəqədi qəsəbə bələdiyyəsinin 2018-ci il ərzində gördüyü işlər qənaətbəxş hesab edilib.