Newscenter.az.17.01.2019. Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeronda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı, şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.