Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib

 İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib


Newscenter.az.21.01.2019. İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.
Xəbəri paylaş