Newscenter.az.24.01.2019. .“Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb. Bundan başqa, il ərzində “Kaspersky Lab”ın müdafiə həlləri 1 079 667 unikal zərərverici linki bloklayıb.
Newscenter.az xəbər verir ki, mobil qurğular üçün təhdidlərə gəldikdə isə 2018-ci ildəAzərbaycanda bununla hər 20-ci istifadəçi qarşılaşıb. Bununla yanaşı “Kaspersky Lab”ın həlləri 12 298 unikal zərərverici quraşdırma paketini, o cümlədən 1 269 bank troyanını bloklayıb.
Bununla belə, ötən il ərzində Azərbaycan istifadəçilərinin ən çox zərərverici proqram təminatı adı ilə qarşılaşdığı hücumlar kriptomaynerlər tərəfindən olub – bu cür təhdidlərlə istifadəçilərin 10,2%-i qarşılaşıb.
“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və geniş imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizlik məsələlərinı lazımi diqqət yetirilmirsə. Kibercinayətkarlar mobil qurğulara hücumlara paralel olaraq özlər üçün yeni hədəflər də müəyyənləşdiriblər – kriptovalyutalar və blokçeyndə maliyyə sistemləri. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və onların qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kibertəhdidlərdən qorunmaq üçün “Kaspersky Lab” tövsiyə edir:
• məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmayın;
• əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;
• yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırın;
• bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;
• qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;
• əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin;
• etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.
*Məlumatlar 2018-ci ildə “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslanır.
**Fleş kartlar, daşıyıcı disklər və ya sərt disklər vasitəsilə yoluxmuş cihazlar.