Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanı əvvəlki mövqeyindən çəkindirən Cənab İlham Əliyevin güclü siyasi mövqeyi oldu

Rusiyanı əvvəlki mövqeyindən çəkindirən Cənab İlham Əliyevin güclü siyasi mövqeyi oldu


"Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirliklərinin birgə bəyanatına əsasən, Qroznı şəhəri üzərində vurulmuş AZAL-a məxsus təyyarənin qəzası nəticəsində yaranmış məsələlərin həlli ilə bağlı razılıq əldə olunub. Uzun müddət təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu inadla inkar edən Rusiyanın bu faktı etiraf etməsi Azərbaycan dövləti tərəfindən ortaya qoyulan prinsipial mövqenin nəticəsində mümkün olmuşdur".

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Rusiyanın hadisəni sonunda olduğu kimi qəbul etməsi və qəza nəticəsində ortaya çıxan hüquqi və humanitar məsələlərin həllinə dair addımlar atması bu ölkənin öz səhvini gec də olsa başa düşməsi kimi təqdim olunmamalıdır:

"Baş verən hadisənin mahiyyəti Rusiya hakimiyyətinə əvvəlcədən bütün detalları ilə aydın idi. Sadəcə olaraq imperialist düşüncə tərzi, keçmişdən qalan stereotiplər qəzanın obyektiv qiymətləndirilməsinə imkan vermirdi. Əminəm ki, Rusiya dövlətinin keçmiş sovet respublikalarına qarşı münasibətində hər hansı bir obyektiv və rasional dəyişikliklər baş verməyib. Rusiya postsovet dövlətlərini əvvəllər necə öz müstəmləkəsi kimi görürdüsə bu gün də elə görməyə davam edir. Belə olan təqdirdə Rusiyanın mövqeyini dəyişməyə məcbur edən amil nə oldu? Bu sualın cavabı mübaliğəsiz Azərbaycandır".

Elçin Ağamalı deyib ki, Rusiyanı əvvəlki mövqeyindən çəkindirən, hadisəni olduğu kimi etiraf etməyə və bununla bağlı yaranmış öhdəlikləri yerinə yetirməyə məcbur edən Cənab İlham Əliyevin timsalında Azərbaycan hökumətinin prinsipial münasibəti və Azərbaycanın əldə etdiyi yeni və güclü geosiyasi mövqeyi oldu:

"Azərbaycan hər zaman qonşu ölkələrlə sülh və qarşılıqlı hörmət münasibətlərinin qurulmasında maraqlı olub. Rusiya ilə malik olduğumuz acılı tarixi keçmişə baxmayaraq, coğrafi mövqeyimizin yaratmış olduğu şərtlərdən çıxış edərək dövlətlərimiz arasında sülh və qarşılıqlı hörmət münasibətlərinin qurulması hər iki tərəf üçün faydalıdır. Sağlam və faydalı münasibətlərin qurulması üçün isə mübahisəli və aqressiv yanaşmanın olmaması önəmlidir".

Süleyman
Xəbəri paylaş