
Ukraynada elektrik enerjisi qiymətlərinin artması və müştəri axınının azalması səbəbindən restoran və kafelər kütləvi şəkildə bağlanır.
Newscenter.az bildirir ki, bu barədə "Strana" nəşri məlumat yayıb. Nəşr müəssisə sahiblərinə istinadən xəbər verir ki, son kommunal xərclər əvvəlkilərdən dəfələrlə çoxdur və bu xərclər çox vaxt hətta kirayə haqqını da üstələyir.
Eyni zamanda, alıcılıq qabiliyyəti və müştəri axını azalır. Bəzi restoran sahibləri həmçinin kadr böhranı barədə məlumat veriblər. Bəzi kişi işçilər isə müharibəyə aparılıb. Qalanlar isə daha yüksək maaşlı vəzifələr axtarırlar və bu da bütün sənayeni əmək haqqını artırmağa məcbur edir. Bu da əlçatmazdır.
Bir çox müəssisə sahibləri bir neçə ay ardıcıl olaraq zərərlə işlədiklərini bildirirlər. Təkcə Kiyevdə mart ayında 200-dən çox iaşə müəssisəsi satışa çıxarılıb və ya bağlanıb.
Anar











































