Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onların müqəddəs ruhları hər zaman qoruyucu mələklər kimi Azərbaycanın üzərində dayanır

Onların müqəddəs ruhları hər zaman qoruyucu mələklər kimi Azərbaycanın üzərində dayanır


"Onların müqəddəs ruhları hər zaman qoruyucu mələklər kimi Azərbaycanın üzərində dayanır, vətənimizi, dövlətimizi və xalqımızı qoruyur. Şəhidlərimizin duaları, mənəvi varlığı və bizə miras qoyduqları qəhrəmanlıq ruhu bu gün də bizim üçün çox qiymətlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət etsin".

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov barədə fikirlərini bölüşərkən səsləndirib. Aprelin 25-də Milli Qəhrəmanın doğum günü olduğunu xatırladan David Seliverstov, "Bu əlamətdar gündə onun əziz xatirəsini dərin ehtiramla anır, onun simasında bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik. Onlar bu torpağın şərəfi, xalqımızın vicdanı və müstəqil Azərbaycanımızın əbədi qürur mənbəyidirlər",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş