
ABŞ prezidenti Donald Tramp Papa XIV Leo ilə görüşməyə ehtiyac görmür.
Newscenter.az TASS-a istinadən bildirir ki, Amerika lideri bu barədə verilən suala cavabında belə deyib.
"Mən bunun zəruri olduğunu düşünmürəm",-deyə Ağ Ev rəhbəri söyləyib.
Tramp deyib ki, Papa ilə razılaşmamaq hüququ var:
"Papa istədiyini deyə bilər və mən onun istədiyini deməsinə etiraz etmirəm, amma razılaşmaya da bilərəm".
Qeyd edək ki, son həftələrdə XIV Leo ABŞ administrasiyasının Yaxın Şərqdəki hərəkətlərinə görə tənqidi kimi qəbul edilən sərt müharibə əleyhinə moizələrlə çıxış edir. 13 apreldə, papanın başqa bir açıqlamasından sonra, Amerika lideri Truth Social-da "bu papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir",-deyə yazıb.
Anar











































