Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Cənubi Qafqaz bölgəsini itirmək ərəfəsindədir

Rusiya Cənubi Qafqaz bölgəsini itirmək ərəfəsindədir


"Azərbaycana qarşı təsir vasitələrindən tamamilə məhrum olan Rusiya artıq bütün Cənubi Qafqaz bölgəsini itirmək ərəfəsindədir".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Zəngəzur dəhlizini açmaqla Ermənistanın malik olduğu nəqliyyat blokadasının ortadan qalxması perespektivinin gətirəcəyi üstünlüklər, Rusiya və İrandan alınan karbohidrogen məhsullarının tədricən Azərbaycandan alınması sayəsində beynəlxalq siyasətdə Ermənistanın əldə edəcəyi sərbəstlik və manevr imkanları heç şübhəsiz Rusiyanı düşündürür və qayğılandırır:

"Rusiya aydın şəkildə anlayır ki, Azərbaycan bu gün malik olduğu və hər keçən gün möhkəmləndirdiyi geosiyasi gücü ilə sadəcə özünün deyil, həmçinin qonşu dövlətlərin-Gürcüstan və Ermənistanın tam suverenliyinin bərqərar olmasını təmin edir. Həmçinin, müharibələr nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Orta Dəhliz nəqliyyat yolunun artan əhəmiyyəti, dünyanın əksər böyük dövlətləri ilə qurulan dostluq və partnyorluq münasibətləri, malik olduğu güclü və etibarlı hərbi müttəfiqlər onu bölgədə dostluq edilməyə məcbur edən faktora çevirir. Heç şübhəsiz ki, qeyd olunan meyarların başında ilk növbədə bu şərtləri təmin edən ölkə başçısı cənab İlham Əliyev və onun güclü iradəsi gəlir".

Süleyman
Xəbəri paylaş