Newscenter.az.24.01.2019. Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Layihəyə uyğun olaraq sözügedən yolun 4.5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Burda mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 12 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11.5 km-lik Daşsalahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır. Belə ki, mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 24 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülür.
Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərkətin normal təşkili üçün hərəkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 km yolcızgi və yol göstərici xətləri çəkiləcək.