Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 300-ə yaxın işsiz vətəndaş yol infrastruktur layihələrinə cəlb olunacaq

Bu il 300-ə yaxın işsiz vətəndaş yol infrastruktur layihələrinə cəlb olunacaq


Newscenter.az.28.01.2019.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.

Newscenter.az-a Avtomobil Yolları Agentliyindən bildirilib ki, Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunmuş, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.
Xəbəri paylaş