Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA rəhbərliyi ADNSU-nun müəllim və tələbə heyəti ilə görüşüb

AQTA rəhbərliyi ADNSU-nun müəllim və tələbə heyəti ilə görüşüb


Newscenter.az.29.01.2019, Yanvarın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rüfət Rüstəmzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb.

Agentlikdən Newscenter.az-a bildirilib ki, sədr müavini əvvəlcə Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyasına baxış keçirib, tələbələr üçün yaradılan maddi-texniki imkanlarla tanış olub. Görüş çərçivəsində UFAZ-ın icraçı direktoru Fazil Əsgərov Kimya mühəndislik laboratoriyası, Fizika laboratoriyası, Lazer Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumat verib.

Daha sonra universitetin müəllim və tələbə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirib ki, Agentlik tərəfindən fəaliyyətə başladığı andan etibarən “tarladan süfrəyə” qida təhlükəsizliyinin həyata keçirilməsi istiqamətində beynəlxalq standartların tətbiq edilməsi sahəsində müvafiq addımlar atılıb. Tədbirdətələbələrin Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təcrübə proqramına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Orxan
Xəbəri paylaş