Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” yeni elektron xidmət istifadəyə verib

“Azərsu” yeni elektron xidmət istifadəyə verib


Newscenter.az.29.01.2019.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Borcun araşdırılması üzrə müraciət" adlı yeni elektron xidməti istifadəyə verib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər. Elektron xidmətin göstərilməsi nəticəsində istehlakçının borcu dəqiqləşdirilir.

Xidmətdən www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar istifadə edə bilər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Borcun araşdırılması üzrə müraciət" adlı elektron xidməti seçilməlidir.

Abonentin elektron müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə“Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə icraya göndərilir. Borcun yaranmasına səbəb olan xətalı məlumatlar araşdırılır, təqdim olunan sayğac göstəricisinin yerində yoxlanılmasına ehtiyac yarandıqda müvafiq iş əmri yaradılır. Araşdırmanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu” ASC-nin İstehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasına göndərilir. Müraciət əsaslı olduğu halda istehlakçının borcuna düzəliş edilir, əsassız olduqda isə düzəliş aparılmır və istehlakçıya bu barədə məlumat verilir.

Elektron müraciətlərin icrası cari ayda yaranmış fakturalarda 15 iş günü, əvvəlki dövr fakturalarında borcların araşdırılması 1 ay müddətdə aparılır.

Xəbəri paylaş