Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"KidsEra" uşaq bağçasında "Uşağını kəşf et " layihəsi çərçivəsində valideynlər ilə görüş keçirilib

"KidsEra" uşaq bağçasında "Uşağını kəşf et " layihəsi çərçivəsində valideynlər ilə görüş keçirilib


Newscenter.az.29.01.2019. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "KidsEra" uşaq bağçasında "Uşağını kəşf et " layihəsi çərçivəsində valideynlər ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə "Loqos" Azadlıq filialının baş uşaq psixoloqu Gülsüm Əliyeva, “Loqos” – un psixoloqu Könül Cəfərova, “Gənclər şöbəsi” nin rəhbəri Həlimə Tağıyeva, “KidsEra”uşaq bağçasının müəllim, valideyn və uşaq kollektivi iştirak ediblər.

"Loqos" Azadlıq filialının baş uşaq psixoloqu Gülsüm Əliyeva valideynlər ilə uşaqların hazırki psixoloji durumu, bağçaya uyğunlaşma prosesi ətrafında müzakirələr aparıblar. Bununla yanaşı uşaqlar "art terapiya" edilib əldə olunan nəticələr valideynlər ilə müzakirə olunub. "Loqos" un psixoloqu Könül Cəfərovaisə uşaqların məktəbəqədər dönəmdən yeniyetməlik dövrünə qədər necə düzgün istiqamətlənərək keçid etməsindən bəhs edib və valideynlərin şəxsi suallarını cavablandıraraq, uşaqların tərbiyəsi zamanı ailə daxili problemlərin necə aradan qaldırılması haqqında öz məsləhətlərini veribdir.
Xəbəri paylaş