Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan

 Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan


Newscenter.az.29.01.2019. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin bəzi ödənişlərinin “Hökumət Ödəniş Portalı”na inteqrasiya edilməsi ilə bağlı təqdimat keçirilib. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələrinin direktorları və baş mühasibləri iştirak ediblər.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bu sahədə həyata keçirilən islahatlar, strateji hədəflər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə daha sonra “Hökümət Ödəniş Portalı”nda məktəbdənkənar təhsil müəssisələrinə yaradılmış yeni imkanlarla bağlı təqdimat keçirilib, fikir mübadiləsi aparılıb.
R.Mehdiyeva
Xəbəri paylaş