Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevir şəhərinin qaz təsərrüfatı yenilənir

Mingəçevir şəhərinin qaz təsərrüfatı yenilənir


Newscenter.az.29.01.2019. Abonentlərin dayanıqlı,fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində diametri 273mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış 577 metr hissəsinin,diametri 315 mm-lik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb.

Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” İstehsalat Birliyi istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün,planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.
Xəbəri paylaş