Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi cəhətdən deqredasiyaya uğramışların yenidən siyasi proseslərə qatılması xalq tərəfindən ciddi qəbul edilmir

Siyasi cəhətdən deqredasiyaya uğramışların yenidən siyasi proseslərə qatılması xalq tərəfindən ciddi qəbul edilmir


Newscenter.az.29.01.2019. “Azərbaycan Xalq Hərəkatı adında arxaik sözdən istifadə edərək, siyasi cəhətdən deqredasiyaya uğramış İsgəndər Həmidov, Nemət Pənahlı , Pənah Hüseyn kimilərinin yenidən siyasi proseslərə qatılması xalq tərəfindən ciddi qəbul edilmir, lağ-lağı kimi qeyd edilir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, adıçəkilən şəxslərin keçirdiyi konfransa heç 100 nəfər belə qatılmayıb:

“O zaman haradan Xalq Hərəkatı oldu?! Görünür, bunlar Yurd sədri Əli Kərimli ilə yarışa girib xalqı siyasi proseslərdən çəkindirməyə çalışırlar. Həm İsgəndər Həmidov, həm də Əli Kərimli arabanın bir tərəfindən tutub istədiyi yerə çəkirlər. Öz aralarında nəticəsi bilinməyən yarışa giriblər”.

Məhəmməd Əsədullazadə deyib ki, ölkədə ənənəvi müxalif siyasilərin dövrü bitib. Ona görə də ölkədə onlara inam və etimad yoxdur.
Xəbəri paylaş