Newscenter.az.29.01.2019. Məlum olduğu kimi, ötən həftə Ukraynanın Nikolayeva şəhərində yaşayan Ümid və Sabir Şirinov yanan avtomobildən azyaşlı uşaq, qadın və kişini xilas edib. Ukraynada yaşayan azərbaycanlıların qəhrəmanlığı hər kəs tərəfindən yüksək qiymətləndirilir. “Azərbaycan- Ukrayna” beynəlxalq alyansı Ümid və Sabir Şirinov qardaşlarını mükafatlandırıb. Alyans Ümid və Sabir qardaşlarını Mübariz İbrahimov medalı ilə təltif edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Newscenter.az-a bildirib ki, hər kəs qəhrəman qardaşlara qarşı diqqətli olmalıdır. Millət vəkili hesab edir ki, Ümid və Sabir qardaşları Azərbaycan xalqının nüfüzünü Ukraynada qaldırdılar.
R.Quliyev dövlət və qeyri hökümət təşkilatlarına müraciət edərək bildirir ki, o cümlədən post-sovet məkanında olan diaspora təşkilatları Şirinov qardaşlarının etdiyi qəhrəmanlığı dünyanın dörd bir yanına bəyan etməlidirlər