Newscenter.az.29.01.2019. 2 fevral-Gənclər günü münasibətilə “İrəli” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Heydər Əliyev Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə ənənəvi “Gənclik Veloyürüşü” keçiriləcək.
Newscenter.az xəbər verir ki, veloyürüşün məqsədi gənclərdə sağlam həyat tərzinin formalaşması, velosiped mədəniyyətinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər günü əhəmiyyətinin daha da artırılmasıdır.