Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur


Newscenter.az.30.01.2019.
41 km uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, layihəyə uyğun olaraq III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci km-lik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında respublika əhəmiyyətli yolun sözügedən hissəsində tikinti norma və qaydalarına uyğun olaraq müasir yol infrastrukturunun yaradılması istiqamətində yenidənqurma işləri qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Hazırda təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində davam etdirilir. Artıq bu hissənin 10 km-liyində torpaq işləri tam olaraq yekunlaşdırılıb, asfaltlanma işlərinə start verilib. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınması işləri aparılır.

Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşaq, ən əsası 4 respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Xəbəri paylaş